Azərbaycanda kompüter satışları mayda azalıb

Azərbaycanda kompüter satışları mayda azalıb
# 10 iyun 2022 12:28 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 205,5 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 91,1% və ya 98 mln. manat çoxdur.
Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 2,3 mln. manat və ya 5,6% azalaraq 38,8 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR