Azərbaycanda külək elektrostansiyaların komponentləri istehsal oluna bilər

Azərbaycanda külək elektrostansiyaların komponentləri istehsal oluna bilər
# 22 iyun 2022 15:37 (UTC +04:00)

Azərbaycanda külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair danışıqlar nazir müavini Elnur Əliyevlə Danimarkanın “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus arasında aparılıb.

Tərəflər həmçinin, Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları barədə məqamları nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Qeyd edək ki, Danimarkanın “Vestas” şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpa olunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR