Azərbaycanda potensial ərzaqlıq buğda təsərrüfatları müəyyənləşdirilir

Azərbaycanda potensial ərzaqlıq buğda təsərrüfatları müəyyənləşdirilir
# 12 avqust 2022 15:55 (UTC +04:00)

Azərbaycanda ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirlik ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılmasını təmin etmək üçün fermerlərə müraciət edib. Bildirilib ki, sahəsi 50 ha-dan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və ya qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini (əlavə olunur) dolduraraq [email protected] e-mail ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədova (əlaqə vasitələri: e-mail [email protected], mob (077) 299 23 63)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR