Azərbaycanda tarifləri tənzimlənən mal və xidmətlər azaldılacaq

Azərbaycanda tarifləri tənzimlənən mal və xidmətlər azaldılacaq
# 22 iyul 2022 12:43 (UTC +04:00)

Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tarifləri tənzimlənəcək, digər mal və xidmətlərin siyahısına yenidən baxılacaq.

APA xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, 2021-ci ildə tarifləri tənzimlənən mal və xidmətlərin sayı 25 olub. Tarif Şurası və adiyyəti qurumlar 2022-2026-cı illərdə mərhələli olaraq qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinin azalmasını təmin etməlidir. 2023-2024-2025-ci illər ərzində dövrün sonuna tarifləri tənzimlənən mal və xidmətlərin sayı 15-dək azaldılmalıdır. Dövrün sonuna hüquqi hərəkət və xidmətlər üzrə xərcə əsaslanmayan tariflərin dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi təmin edilməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və aidiyyəti qurumlarla birlikdə qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi zəruri olan hüquqi hərəkət və xidmətlər üzrə tariflərin, hüquqi nəticələrindən asılı olaraq, dövlət rusumu və ya xidmət haqları ilə əvəzlənməsini 2022-2026-cı illər ərzində təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR