Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb

Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb
# 19 iyul 2022 15:11 (UTC +04:00)

Azərbaycan istehsalı olan sürtkü yağlarının Avropa bazarlarına ixracına başlanılıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məhsul İspaniya, eləcə də Bosniya və Herseqovinaya tədarük olunur.

Ümumilikdə bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.

Məhsul Sumqayıt Kimya Sənaye Parkında Almaniya və İtaliya texnologiyası əsasında istehsal olunur.

Hazırda zavodda istehsal olunan müxtəlif çeşiddə sürtkü yağları və antifriz dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir. İnvestisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 150 nəfər daimi işlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR