"AzerGold" noyabrda qızıl ixracını 5% artırıb

"AzerGold" noyabrda qızıl ixracını 5% artırıb
# 30 dekabr 2021 12:54 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində "AzerGold" MMC 112,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, keçən ilin müvafiq dövründə şirkət 99,8 mln. dollar dəyərində məhsul ixrac edib.

Noyabr ayında müəssisə tərəfindən keçirilən ixracının dəyəri 8,3 mln. dollar olub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,4 mln. dollar və ya 5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR