"Bir Pəncərə" Mərkəzilə qeyri-neft ixracı iyulda 13% azalıb

"Bir Pəncərə" Mərkəzilə qeyri-neft ixracı iyulda 13% azalıb
# 01 avqust 2022 12:52 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 144,3 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 mln. dollar və ya 18,6% artıb.

Bu ilin iyun ayı ilə müqayisədə isə iyulda ixracın dəyəri 2,6 mln. dollar və ya 13% azalaraq 17,4 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR