Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır
# 20 avqust 2019 15:19 (UTC +04:00)

İqdisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının 2019-cu ilin 2-ci yarımilliyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.

"APA-Economics"-in məlumatına görə, plan çərçivəsində ilk iclas Komissiyanın "Tikinti üçün icazələrin alınması" işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarina icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin 2 yarım illiyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub.

Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırması üçün ictimai biliklər (biznes assosiasiyaları) ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təminləşdirmə imkanları müəyyən olunacaq.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının işçi qrupları ilə İcra və və kommunikasiya planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR