Brayl əlifbasını öyrənməsi üçün cihazların kütləvi istehsalına başlanılacaq

Brayl əlifbasını öyrənməsi üçün cihazların kütləvi istehsalına başlanılacaq
# 30 sentyabr 2022 16:39 (UTC +04:00)

Gələn ilin fevral ayından görmə qabiliyyəti mədud insanların brayl əlifbasını rahat öyrənməsi üçün "Braille Teach" cihazlarının kütləvi istehsalına başlanılacaq.

Bunu “APA-Economics”ə layihə rəhbəri Rəşid Əliyev deyib. Onun sözlərinə görə, layihənin icrasına 215 min ABŞ dolları cəlb edilib ki, bu vəsait hesabına sənaye üsulu ilə ayda 1000 ədəd hazır məhsul istehsal ediləcək.
“İstehsal Çində və ABŞ-da nəzərdə tutulur. Bu yaxınlarda layihə üzrə hüquqi və maliyyə məsələlərinin müzakirəsi məqsədilə Kaliforniyaya gedəcəyik. Danışıqlar müsbət olduğu təqdirdə cihazların müəyyən hissəsi orada istehsal ediləcək. Layihə çərçivəsində aparılan araşdırmaları tamamlanmaq üzrədir və işlər plan üzrə getsə, gələn ilin fevral ayında əlimizdə məhsulun 1000 ədəddən ibarət ilk partiyası olacaq və fevraldan etibarən onların satışlarına başlayacağıq. Gələcəkdə aylıq istehsal həcmini 5000 ədədədək artırmaq niyyətindəyik. Məhsulların artıq ABŞ, İngiltərə və Almaniyadan ilkin sifarişləri var. Gələcəkdə isə Hindistan bazarına çıxmağı hədəfləyirik”, - deyə Rəşid Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR