Bu il Azərbaycanda gübrənin ixrac qiyməti 50% azalıb

Bu il Azərbaycanda gübrənin ixrac qiyməti 50% azalıb
# 27 mart 2023 14:14 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 18 milyon 351.96 min dollar dəyərində 59 min 654.78 ton azot gübrəsi ixrac edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici məbləğ baxımından 37.7% və ya 11 milyon 91.53 min dollar azalıb, həcm baxımından isə 23.9% və ya 11 min 495 ton artıb.

Qeyd edək ki, ixrac olunan azot gübrəsinin həcminin artıb, dəyərinin azalması ixrac qiymətinin kəskin enməsi hesabına olub. Belə ki, ötən ilin yanvar-fevral aylarında azot gübrəsinin hər tonunun orta ixrac qiyməti 608.7 dollara bərabər olubsa, cari ilin yanvar-fevral ayında bu qiymət 50% azalaraq 304.8 dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında azot gübrəsi ixracı Azərbaycanın ümumi ixracının 0.40%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR