Bu il Naxçıvanda iqtisadiyyatın inkişafı üçün kapital ayrılacaq

Bu il Naxçıvanda iqtisadiyyatın inkişafı üçün kapital ayrılacaq
# 25 yanvar 2023 12:54 (UTC +04:00)

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasına öz töhfəsini verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır.

Bu ildən isə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR