COPAT: Ötən il əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 4457 sənəd daxil olub

COPAT: Ötən il əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 4457 sənəd daxil olub
# 27 fevral 2023 14:36 (UTC +04:00)

2022-ci ildə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı böyük artım olub, 4457 iddia sənədi daxil olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.

“Bu da 2021-ci illə müqayisədə 1189 ədəd çoxdur. Coğrafi göstəricilərə dair daxil olan iddia sənədlərinin sayı 8 olub”, - hesabatda vurğulanır.

2022-ci ildə müvafiq Dövlət reyestrində qeydiyyata alınmış 2927 (2021-ci ildə 2379) əmtəə nişanından 2208-i milli (2021-ci ildə 1453), 719-u (2021-ci ildə 926) isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

Coğrafi göstəricilərin Dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR