Dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət olunub

Baş Prokurorluğun binası

© APA | Baş Prokurorluğun binası

# 10 iyun 2022 15:32 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlayıb.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan 25-dən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR