Dövlət satınalmalarında ekoloji təmiz avtomobillərə üstünlük veriləcək

Dövlət satınalmalarında ekoloji təmiz avtomobillərə üstünlük veriləcək
# 07 yanvar 2022 16:42 (UTC +04:00)

Bu ilin iyun ayının 1-dək Azərbaycanda avtomobillərin dövlət satınalması sahəsində mövcud vəziyyətin təhlili və dövlət sifarişlərinin həyata keçirilməsi zamanı elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrinə üstünlük verilməsi imkanlarının nəzərdən keçirilməsi və müvafiq təkliflərin daxil olduğu hesabat hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim olunacaq.

APA-Economics” xəbər verir ki, qeyd olunan məsələ “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

Müvafiq hesabatın hazırlanması İqtisadiyyat Nazirliyinə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) Maliyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR