Dövlət Vergi Xidməti 215 min manatlıq avtomobil alıb

Dövlət Vergi Xidməti 215 min manatlıq avtomobil alıb
# 11 may 2022 17:53 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Khazar SD” markalı minik avtomobillərinin satın alınması üzrə tenderə yekun vurub.

APA-Economics” dövlət satınalmaları elektron portalına istinadən xəbər verir ki, 13 ədəd “Khazar SD” avtomobilinin satınalınması quruma 214 500 manata başa gəlib. Başqa sözlə, bir avtomobilin qiyməti 16 500 manat təşkil edib. Tenderin qalibi “AzərMaş” MMC ilə müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR