Əhali avqustda içki və tütün məhsullarına 187,6 mln. manat xərcləyib

Əhali avqustda içki və tütün məhsullarına 187,6 mln. manat xərcləyib
# 12 sentyabr 2022 13:50 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə içkilər və tütün məmulatlarına 1 479,4 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 7,3% və ya 101,5 mln. manat çoxdur.
Bu ilin avqust satışlarının dəyəri isə iyul göstəricisi ilə müqayisədə 6,8 mln. manat və ya 3,7% artaraq 187,6 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,8%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,4 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR