"Gilan Holding"in və ona daxil olan bir sıra şirkətlərin nizamnamə kapitallarının artırılması gözlənilir

"Gilan Holding"in və ona daxil olan bir sıra şirkətlərin nizamnamə kapitallarının artırılması gözlənilir
# 13 iyun 2019 14:02 (UTC +04:00)

Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən “Gilan Holdiing”in və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holding” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR