Göygöldə yerləşən faydalı qazıntı yatağı özəlləşdirilib

Göygöldə yerləşən faydalı qazıntı yatağı özəlləşdirilib
# 14 sentyabr 2022 12:50 (UTC +04:00)

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.

Başlanğıc qiyməti 354 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.

Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR