“Haqsız rəqabət haqqında” qanuna dəyişiklik ediləcək

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 26 yanvar 2022 16:26 (UTC +04:00)

“Haqsız rəqabət haqqında” qanuna dəyişiklik ediləcək.

Bunu APA-ya açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planına “Antinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Dövlət satınalmaları haqqında” qanunların yenidən təhlili və onların təkmilləşdirilməsi daxil edilib: “İnanırıq ki, bu proses nəticə etibarilə daha təkmil və effektiv rəqabət mühitinin yaranmasına, əgər ehtiyac olarsa, Rəqabət Məcəlləsinin qəbuluna gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR