Hibrid avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır

Hibrid avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır
# 10 noyabr 2022 13:42 (UTC +04:00)

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib. O bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR