Məşhur alman şirkəti Bakıdakı nümayəndəliyini bağlayır

Məşhur alman şirkəti Bakıdakı nümayəndəliyini bağlayır
# 16 fevral 2023 11:15 (UTC +04:00)

“Henkel Rus” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

APA-Economics” xəbər verir ki, bu barədə “Vergilər” qəzetində məlumat dərc olunub.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr 25E küçəsi, Bakı Ağ Şəhər Biznes Mərkəzi, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Almaniyanın “Henkel AG & Co. KGaA” şirkətinin Rusiyadakı bölməsi olan "Henkel Rus" MMC Azərbaycan bazarına 2020-ci ildə daxil olub. Şirkət “Persil”, “Pril”, “Fa”, “Schwarzkopf”, “Vernel” və “Perwoll” və bir neçə təmizləyici, yuyucu, kosmetika, fərdi qulluq məhsulları və yapışdırıcılar istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR