Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq
# 29 sentyabr 2022 12:01 (UTC +04:00)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən ediləcək.

Müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR