Nazir: Azərbaycanda zərər çəkmiş sahibkarlara 22 mln. manat subsidiya ödənilib

Nazir: Azərbaycanda zərər çəkmiş sahibkarlara 22 mln. manat subsidiya ödənilib
# 27 aprel 2022 16:13 (UTC +04:00)

2020-ci il iyun ayından bu il aprelin 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 mln. manat subsidiya ödənilib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 290 müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib.

“Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 mln. manat olub”, - paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR