Nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə 1,22 mln. manat daxil olub

Nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə 1,22 mln. manat daxil olub
# 07 iyul 2022 13:04 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında hərraclar yolu ilə 319 nəqliyyat vasitəsi satılıb, ki bu da ötən ilin eyni göstəricisini 3,7 dəfə üstələyir.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə 24 hərrac keçirilib, hərraca çıxarılan nəqliyyat vasitələrin sayı isə 384 vahid təşkil edib.

İlin birinci yarısında nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 269 425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 620 911 manat təşkil edib.

Hesabat dövründə nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə 1,22 mln. manat daxil olub ki, bu da bir il öncəki göstəricidən 4,8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR