Ölkə idxalında qida məhsullarının çəkisi 15%-dən çox təşkil edib

Ölkə idxalında qida məhsullarının çəkisi 15%-dən çox təşkil edib
# 17 sentyabr 2022 11:50 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 383 291,27 min ABŞ dollarına bərabər olub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 20,8% artıb.
Ümumilikdə cari ilin ilk səkkiz aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,6% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,02 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR