Paytaxtda bu il ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb

Paytaxtda bu il ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb
# 01 iyul 2022 16:23 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1% artaraq 10 109 mln. manat olub.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artaraq 5 120,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% artaraq 4 988,2 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 37,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 34,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR