Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub

Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub
# 17 mart 2023 13:11 (UTC +04:00)

Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edib. Nəticədə ötən il ticarət dövriyyəsi 3.7 milyard dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Şahin Mustafayev yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR