Ticarət obyektlərində vətəndaşların aldadılması ilə bağlı şikayətlərin sayı artıb

Ticarət obyektlərində vətəndaşların aldadılması ilə bağlı şikayətlərin sayı artıb
# 29 dekabr 2022 10:39 (UTC +04:00)

Son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə olan şikayətlərin sayında artım müşahidə olunur.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur.

“Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR