Ticarətin rəqəmsallaşdırılması üzrə koordinasiyalı işin təşkili müzakirə olunub

Ticarətin rəqəmsallaşdırılması üzrə koordinasiyalı işin təşkili müzakirə olunub
# 07 iyun 2022 16:25 (UTC +04:00)

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrasının təmin olunması məqsədilə yaradılan Rəqəmsal ticarət üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA Economics"ə verilən xəbərə görə, iclasda İşçi Qrupun hədəfləri, fəaliyyət istiqamətləri, Anlaşma Memorandumunda qeyd olunan məsələlərin ilkin təhlili, ticarət fəaliyyətlərinin asanlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində koordinasiyalı işin təşkili barədə müzakirələr aparılıb.

Bildirilib ki, İşçi Qrupa 11 dövlət qurumunun nümayəndələri daxildir və Qrupun fəaliyyətinin əlaqələndirilməsi 4SİM-ə həvalə olunub.

Xatırladaq ki, qeyd olunan Anlaşma Memorandumu 2021-ci il aprelin 2-də iki ölkənin hökumətləri arasında Bakıda imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR