Türkiyədə noyabrda işsizlik səviyyəsi 11,2% olub

İstiqlal küçəsi

© APA | İstiqlal küçəsi

# 10 yanvar 2022 12:50 (UTC +04:00)

Türkiyədə işsizlik səviyyəsi 2021-ci ilin noyabr ayında əvvəlki aya nisbətən dəyişməyərək 11,2% olub.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatında bildirilir.

Qeyd olunur ki, 15 və yuxarı yaş kateqoriyasında olan işsizlərin sayı 39 min nəfər artaraq 3,777 mln. nəfərə çatıb. Noyabrda işsizlik səviyyəsi 2020-ci ilin noyabr ayı ilə müqayisədə 1,8 bənd azalıb.

Kənd təsərrüfatı istisna olmaqla, noyabrda işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 bənd artaraq 13,1% təşkil edib.

15-24 yaşlı gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,7 bənd artaraq 22,3%, məşğulluq səviyyəsi isə 0,1 bənd artaraq 33,2% təşkil edib.

Bununla yanaşı, bu yaş kateqoriyasında işçi qüvvəsinə qoşulma nisbəti bir əvvəlki aya görə 1,2 bənd artaraq 42,8%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR