ABŞ-ın neft ehtiyatlarının azalması davam edir - PROQNOZ

ABŞ-ın neft ehtiyatlarının azalması davam edir - PROQNOZ
  • Clock-gray 10:15
  • calendar-gray 11 Noyabr 2020

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (2-6 noyabr) azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 5,15 mln. barel azalaraq 481,858  mln. barelə yaxın təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 900  min barel artacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər