ABŞ şist neft hasilatının bir qədər də azalacağını proqnozlaşdırır

ABŞ şist neft hasilatının bir qədər də azalacağını proqnozlaşdırır
# 19 may 2020 09:36 (UTC +04:00)

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, ölkədə şist neft hasilatının azalması iyun ayında da davam edəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ən iri yataqlarda hasilat daha 2,5% azalacaq.

Məlumata görə, ən böyük azalma "Permian", "Eagle Ford", "Anadarko" və "Niobrara" yataqlarında qeydə alınacaq. Ümumilikdə, iyun ayında şist istehsalı may ayı ilə müqayisədə demək olar ki, 200 min barel azalacaq.

Xatırladaq ki, ABŞ-da neft hasilatı maksimum göstəricilərdən 1,5 mln. barel azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR