Aİ enerji daşıyıcıları üzrə xərclərini 100 mlrd. avro azaldacaq

Aİ enerji daşıyıcıları üzrə xərclərini 100 mlrd. avro azaldacaq
# 11 dekabr 2020 15:10 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin 2030-cu il üçün atmosferə atılan zərərli tullantıların həcminin ən azı 55% azaldılması barədə qərar Aİ-də neft-qaz istehlakının əhəmiyyətli dərəcədə azalmasına və enerji daşıyıcılarının idxalının enməsinə səbəb olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Aİ-yə istinadən xəbər verir.

Məlumata görə, qərar nəticəsində enerji daşıyıcılarına xərclər də təxminən 100 mlrd. avro azalmasına səbəb olmalıdır.

Xatırladaq ki, Aİ ölkələri 2030-cu il üçün atmosferə atılan zərərli tullantıların həcmini 55% azaldılmasına dair razılıq əldə ediblər.

Qeyd edilir ki, sözügedən məqsədə çatmaq istiqamətində enerji sektorunun payına aparıcı rol düşür. Belə ki, Aİ-də məhz bu sektorun payına istixana qazlarının emissiyasının 75%-i düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR