Avropada yeraltı anbarlarda qazın azalması davam edir

Avropada yeraltı anbarlarda qazın azalması davam edir
# 12 mart 2021 14:49 (UTC +04:00)

Anomal hava şəraiti səbəbindən Avropadakı yeraltı qaz anbarlarının dolum səviyyəsi 33%-dək azalıb.

Bu barədə "APA-Economics" "Gas Infrastructure Europe"a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin mart ayında bu göstərici 57%, 2019-cu ilin eyni dövründə isə 41% təşkil edirdi. Ən minimal göstərici (18%) 2018-ci ildə qeydə alınıb.

Son göstəricilərə əsasən, İtaliyada yeraltı qaz anbarlarının dolum səviyyəsi 39%, Avstriyada – 33%, Almaniya və Niderlandda – 27%, Fransada isə 18%-dək azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR