Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını kəskin artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını kəskin artırıb
  • Clock-gray 14:16
  • calendar-gray 16 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 26 290,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 41,9% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 11 026,7 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 17,8%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir. 

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Emil İsmayılov

Digər xəbərlər