Azərbaycan Rusiyanın Volqoqrad vilayətindən sənaye məhsulları idxal edən ölkələrin ilk onluğuna daxil olub

Azərbaycan Rusiyanın Volqoqrad vilayətindən sənaye məhsulları idxal edən ölkələrin ilk onluğuna daxil olub
# 18 dekabr 2020 09:46 (UTC +04:00)

Azərbaycan Rusiyanın Volqoqrad vilayətindən sənaye məhsulları idxal edən ölkələrin ilk onluğunda yer alıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin Sənaye Siyasəti, Ticarət və Yanacaq-Enerji Kompleksi Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu ilin yanvar-oktyabr aylarında bölgənin əsas ixrac tərəfdaşları Ukrayna, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Belarus, Rumıniya, Azərbaycan, Hindistan və Almaniya olub. Bundan əlavə, bu il Afrika, Asiya və Karib hövzəsi ölkələrində qeyri-əmtəə ixracı üçün yeni bazarlar açılıb. Ümumilikdə, hazırda Volqoqradın sənaye məhsulları dünyanın 100 ölkəsinə tədarük olunur.

Bu ilin yanvar-oktyabr aylarında Volqoqrad vilayətinin müəssisələrinin qeyri-sənaye ixracatının həcmi 2019-cu ilin eyni dövrünə nisbətən 27,5% artıb.

Hesabat dövründə sənayeçilər xaricə 1 mlrd. dollardan çox məhsul ixrac edib. Bölgənin xarici tədarükünün ümumi həcmində qeyri-sənaye ixracatının payı 60%-i üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR