Azərbaycan bu il qızıl ixracından 184 mln. dollar gəlir əldə edib

Azərbaycan bu il qızıl ixracından 184 mln. dollar gəlir əldə edib
# 30 dekabr 2020 12:24 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 183,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2019-cu ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 157,7 mln. dollar təşkil edib. Beləliklə, 2020-ci ildə qızıl ixracı 16,5% artıb.

Qeyd edək ki, təkcə noyabr ayında Azərbaycan xaricə 24,5 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR