Azərbaycan elektrik enerjisinin istehsalını 1,7% azaldıb

Azərbaycan elektrik enerjisinin istehsalını 1,7% azaldıb
# 16 mart 2021 12:49 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 279 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 1,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-fevral aylarında 4 141,6 mln. kVt-saat təşkil edib (azalma 2%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 3 987,2 mln. kVt-saat istilik (2,2%-lik azalma), 134,6 mln. kVt-saat su elektrik (8,1% artım) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR