Azərbaycan əhalisi yanvarda avtomobil yanacağının alışını azaldıb

Azərbaycan əhalisi yanvarda avtomobil yanacağının alışını azaldıb
# 12 fevral 2021 15:15 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 172,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR