Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb
# 14 may 2020 15:02 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 183 337,81 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 26 549,2 min dollar təşkil edib.

Bundan əlavə, bu ilin dörd ayında Azərbaycan 60 482,46 min dollar dəyərində 80 553,38 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-aprel üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 2,55% az və 19% çoxdur.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR