Azərbaycan nefti həftə ərzində 1,2% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 1,2% bahalaşıb
# 20 iyul 2020 09:44 (UTC +04:00)

Ötən həftə ərzində (13-17 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,53 ABŞ dolları və ya 1,2% artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 44,68 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 45,06 dollar təşkil edib, ən minimal göstərici isə 44,36 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR