Azərbaycan nefti həftə ərzində 4,31% ucuzlaşıb

Azərbaycan nefti həftə ərzində 4,31% ucuzlaşıb
# 14 sentyabr 2020 10:12 (UTC +04:00)

Ötən həftə ərzində (7-11 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 1,82 ABŞ dolları və ya 4,31% azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 41,05 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,32 dollar təşkil edib, ən minimal göstərici isə 40,30 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR