Azərbaycan oktyabrda "OPEC+" öhdəliyini tam yerinə yetirib

Azərbaycan oktyabrda "OPEC+" öhdəliyini tam yerinə yetirib
# 10 noyabr 2020 12:56 (UTC +04:00)

Bu ilin oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barel olub. Bunun 587 min barelini xam neft, 88,2 min barelini isə kondensat təşkil edib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır.

"Bununla da Azərbaycan oktyabr ayında "OPEC+" üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib", - nazirlikdən bildirilib.

Qeyd edək ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR