Azərbaycan ötən il 64 mln. dollarlıq "Aİ-92" benzini ixrac edib

Azərbaycan ötən il 64 mln. dollarlıq "Aİ-92" benzini ixrac edib
  • Clock-gray 13:06
  • calendar-gray 22 Fevral 2021

Ötən il Azərbaycan 64,134 mln. ABŞ dolları dəyərində 14 146,3 ton “Aİ-92” markalı benzini ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, 2019-cu ildə bu növ benzin ixrac olunmayıb və yalnız idxal edilib.

İxrac istiqamətlərinə gəldikdə, ötən il Azərbaycandan “Aİ-92” markalı benzinin əsas idxalçıları Yunanıstan, Liviya və Rusiya olub. 2020-ci ildə Azərbaycan Yunanıstana 5,115 mln. dollarlıq 29 986,23 ton, Liviyaya 7,409 mln. dollarlıq 29 211,35 ton və Rusiyaya 1,622 mln. dollarlıq 4 936,52 ton “Aİ-92” markalı benzin göndərib.

İdxal həcmlərinə gəldikdə, ötən il Azərbaycan 9,799 mln. dollar dəyərində 15 954,59 ton “Aİ-92” idxal edib ki, bu da illik müqayisədə müvafiq olaraq 7,9 dəfə və 7,2 dəfə azdır. Ölkənin idxal bazarları isə Azərbaycana ötən il 6 919,46 mln. dollar dəyərində 11 266,72 ton sözügedən markalı benzindən göndərən Türkmənistan və  2,879 mln. dollarlıq 4 687,87 ton tədarük ilə Rusiya olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər