Azərbaycanda 240 MVt-lıq KES-in tikintisi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda 240 MVt-lıq KES-in tikintisi ilə bağlı müzakirələr aparılıb
# 09 fevral 2021 09:26 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "ACWA Power" şirkətinin İdarə heyətinin sədri Məhəmməd Abunayyan ilə video-konfrans formatında görüş keçirib. Görüşdə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazir Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 5 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın beşinci iclasının keçirildiyini qeyd edib və iclasda külək elektrik stansiyası layihəsi ilə bağlı aparılmış müzakirələr haqqında məlumat verib.

Məlumata əsasən, şirkət rəhbəri layihə üzrə Energetika Nazirliyi və "AzərEnerji" ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb. Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilib, səmərəli əməkdaşlığa görə təşəkkür edilib. Bildirilib ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR