Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı azalıb - CƏDVƏL
# 16 dekabr 2020 15:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 809,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, teft məhsullarından neft bitumunun istehsalı 51,5%, sürtkü yağlarının istehsalı 9,7%, avtomobil benzininin istehsalı 2,3% artmış, dizel yanacağının istehsalı 1,6%, ağ neftin istehsalı 14,6%, neft koksunun istehsalı 17,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3%, yanacaq mazutunun istehsalı 50,7% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-noyabrında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

1 066,3

102,3

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

161,9

72,7

Ağ neft, min ton

459,1

85,4

Dizel yanacağı, min ton

1 881,3

98,4

Yanacaq mazutu, min ton

58,4

49,3

Sürtkü yağları, min ton

22,6

109,7

Neft bitumu, min ton

347,1

151,5

Neft koksu, min ton

179,5

82,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR