Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb
# 17 mart 2021 11:22 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 432,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 3,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verlən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 51,3 mln. manat təşkil edib, bu da 0,6% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR