Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb
# 17 aprel 2021 10:59 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 683,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 1,3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verlən məlumata görə, hesabat dövrü su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 83,5 mln. manat təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR