Azərbaycanda geyim istehsalı 32% artıb

Azərbaycanda geyim istehsalı 32% artıb
  • Clock-gray 18:45
  • calendar-gray 16 Sentyabr 2020

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 314,6 mln. manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 32%, toxuculuq sənayesində 4,7% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6,3% azalma müşahidə olunub.

Bu ilin səkkiz ayında 38 997,7 ton pambıq lifi və 18325,1 min kv. metr hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,7% az və 51,8% çoxdur.

Hüseyn Vəliyev

Digər xəbərlər