Azərbaycanda ötən il siqaret istehsalı 9% azalıb

Azərbaycanda ötən il siqaret istehsalı 9% azalıb
# 21 yanvar 2021 10:04 (UTC +04:00)

2020-ci ildə Azərbaycan 8 685,4 mln. ədəd papiros və siqaretlər və 4 383,7 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu il ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 5,1%, papiros və siqaretlərin istehsalı isə 8,9% azalıb.

Qeyd edək ki, kənd tәsәrrüfatı sektoru çərçivəsində 6,9 min ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR